FİFA nümayəndələri Azərbaycanda stadionların vəziyyətini yoxlayacaqlar
FİFA nümayəndələri Azərbaycanda səfərdədirlər. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə tanış olmaq məqsədilə noyabrın 6-dan etibarən FIFA-nın geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb.
Nümayəndə heyətinə Oliver Vogt, Nerico Digues, Sonia Denouncourt, Kim Yew, Alexandra Knoke, Stefan Wistuba, Monika Huser, Mathew Harding, Heike Ulrich, Kevan Pipe, Dietmar Eufinger, Mayrilian Cruz Blanco, Rolf Kaderli və Oscar Orellana daxildir.
Səfər proqramı çərçivəsində FIFA nümayəndələri tərəfindən dünya çempionatında istifadə ediləcək stadionların və hotellərin inspeksiyası aparılacaq, həmçinin Yerli Təşkilat Komitəsinin üzvləri üçün "Komandalarla iş və könüllülük xidməti" üzrə seminar keçiriləcək.
FIFA nümayəndə heyəti bu gün Lənkəran şəhərinə səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB