İngiltərə çempionatı: Liderlər qələbə qazandılar

İngiltərə çempionatı: Liderlər qələbə qazandılar

Futbol üzrə İngiltərə çempionatının 11-ci turunun ilk günündə liderlər qələbə qazanıblar.


"Mançester Siti" isə səfərdə "Kuinz Park Reyncers"ə qalib gəlib - 3:2. Hesabı londonlular Cey Botroydun qolu ilə açıblar. Lakin fasiləyə qədər Edin Ceko status-kvonu bərpa edib.


İkinci hissədə meydan sahibləri fəal olublar və üstünlük nüimayiş etdiriblər. Lakin Yaya Ture və David Silvanın qolları meydan sahiblərini qələbə şansından məhrum edib. Helgüssonun qolu isə yalnız "Kuinz Park Reyncers" fanatlarına təsəlli üçün kifayət edib.


Qələbə "Mançester Siti"ni turnir cədvəlinin birinci pilləsində möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə