UEFA Çempionlar Liqasında (ÇL) mübarizə aparan Milanın "İnter" klubu Fransanın "Lill"i ilə qarşılaşmada qəribə rekorda imza atıb. Milan təmsilçisinin baş məşqçisi Klaudio Ranyeri ÇL-in növbəti turu çərçivəsində Fransa təmsilçisi "Lill" klubu ilə qarşılaşmada əsas heyətdə daha yaşlı oyunçulara şans verib.
Belə ki, Ranyerinin əsas heyətə daxil etdiyi futbolçuların ortalama yaş həddi 31,5 olub. Ranyerinin ilk 11-də yer verdiyi 8 futbolçunun yaşı 30-dan yuxarı olub. Ümumilikdə isə meydana çıxan futbolçuların toplam yaşı 347 olub.
Qeyd edək ki, "İnter" öz meydanında "Lill" klubunu 2:1 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB