Sən demə hazırda Amerikanın "Los Angeles Qalaksi" futbol klubunun ingiltərəli ulduz futbolçusu Devid Bekhem, yenidən İngiltərə millisində oynamaq həvəsinə düşüb. Siasport.az saytı xəbər verir ki, futbol karyerasını başa vurmaq haqda düşünmədiyini deyən ingilis futbol ulduzu, hələ qarşıdakı 2-3 il ərzində də yaşıl meydanlarda top qovmaq barədə fikirləşir: "Təxminən 10 ildir ki, bir sıra insanlar mənim futbolla vidalaşacağımı düşünürlər. Lakin mənim belə bir niyyətim yoxdur. Hər kəs görür ki, çıxış etdiyim komandalarda və ölkəm üçün var gücümlə oynayıram. Hazırda özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm. Futbolu çox sevirəm və işimin bitdiyini düşünmürəm. Səhhətim imkan verəcəyi qədər də meydanda olacağam. Lakin səhhətimdə hər hansı bir problem yaranarsa, o zaman karyeramı başa vurmaq haqda fikirləşə bilərəm. Bu günə qədər İngiltərə millisində böyük həvəslə oynamışam. Bu müddətdə bir sıra uğurlara imza atmışam. Hazırda yenidən millidə oynamaq istəyərəm. Fiziki hazırlığım da buna imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB