Dünən UEFA Çempionalr Liqasının qrup oyununda səfərdə "Villareal"ı 3:0 hesabı ilə məğlub edən "Mançester Siti"nin düşərgəsində, əla əhval-ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı, klubun italiyalı baş məçqçisi Roberto Mançini, nizam-intizamı pozduğuna görə "qara siyahısına" saldığı Karlos Tevez barədə danışmazdı.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup oyunu çərçivəsində "Bayern Münhen"lə qarşılaşmada meydana çıxmaqdan boyun qaçıran argentinalı futbol ulduzu, hələ də ingilis klubunda "Persona Non Qrata" elan olunmaqda davam edir.
Dünən K.Tevezin klubdakı gələcək taleyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran R.Mançini bildirib ki, argentinalı futbol ulduzu yalnız gəlib ondan üzr istəyəcəyi təqdirdə onun bağışlaya biləcəyini dilə gətirib. O, ümid etdiyini bildirib ki, futbolçu, bütün bu baş verənlərdən "yaxşı dərs çıxara bilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB