UEFA Çempionlar Liqasında dördüncü tura yekun vurulub. Türkiyənin "Trabzonspor" klubu öz meydanın Moskva ÇSKA-sını qəbul edib. Oyunda qol vurulmayıb - 0:0
Oyun hər iki klub üçün gərgin keçib. Lakin klublardan heç biri fərqlənə bilməyib. Oyunun sonun Türkiyə klubu fərqlənə bilərdi. ÇSKA-nı məğlubiyyətdən qapı dirəyi xilas etdi.
Xatırladaq ki, klublar arasında Moskvada keçirilənq oyun ÇSKA-nın 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.
B qrupundakı digər qarşılaşmada Milanın "İnter" klubu Fransanın "Lill" komandasına qalib gəlib - 2:1. Dörd turdan sonra "İnter" 9 xal toplayıb və qrup lideridir. ÇSKA və "Trabzonspor"un 5 xalı var. Qrup sonuncusu olan "Lill" isə cəmi 2 xal toplaya bilib.
Madridin "Real" klubu növbəti mərhələyə vəsiqəni təmin edib. "Kral klubu" Fransanın "Lion" komandasına 2:0 hesabı ilə qalib gəlib.
Günün bütün qarşılaşmalırının nəticələri:
A qrupu
"Bavariya" (Almaniya) - "Napoli" (İtaliya) - 3:2
"Vilyareal" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:3
B qrupu
"İnter" (İtaliya) - "Lill" (Fransa) - 2:1
"Trabzonspor" (Türkiyə) - CSKA (Moskva, Rusiya) - 0:0
C qrupu
"Benfika" (Belçika) - "Bazel" (İsveçrə) - 1:1
"Mançester Yunayted" (İngiltərə) - "Otselul" (Rumıniya) - 2:0
D qrupu
"Ayaks" (Hollandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 4:0
"Lion" (Fransa) - "Real" (Madrid, İspaniya) - 0:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB