"Qalatasaray" prezidenti Cüneyt Çakırdan niyə razıdır?

"Qalatasaray" prezidenti Cüneyt Çakırdan niyə razıdır?
İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal, öz işinin öhdəsindən ləyaqətlə gələn hakimlərlə qürur duyduqunu açıqlayıb. Siasport.az saytı xəbər verir ki, əksər futbol klublarının elə yeni mövsümdəcə hakim qərəzləri və səhvlərindən "dad çəkdikləri" bir vaxtda, "Qalatasaray" prezidentinin bu açıqlaması olduqca maraqla qarşılanıb.
Belə ki, keçən turda "Gazientepspor"la keçirilən ev qarşılaşmasında dəhşətli hakim qərəzi ilə üzləşən və iki aparıcı futbolçusunun qırmızı vərəqə alaraq meydandan qovulmasına üzülən "cim bom"da, indi hakimlərlə bağlı yeni mövqe ortadadır. Belə ki, klub prezidenti "Qalatasaray"ın "Kayserispor"la oynadığı və 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada ədalət təmsilçisi olan Cüneyt Çakır və köməkçilərinin işindən olduqca razı qaldığını açıqlayıb. Hazırda Türkiyə futbolunun belə hakimlərə olduqca böyük ehtiyacı olduğunu deyən Ü.Aysal, qərəzli və səhlənkar qərarları ilə türk futbolunda ciddi problem yaradan ədalət təmsilçilərini C.Çakır kimi hakimlərdən nümunə görürməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə