Noyabrın 15-də AFFA-nın Futbol Akademiyasında AFFA-nın təşkilatçılığı ilə UEFA-nın futbol üzrə Pro kateqoriyalı lisenziya kurslarının üçüncü mərhələsi start götürəcək. Siasport.az saytı xəbər verir ki, isveçrəli mütəxəssis Dani Rayserin rəhbərliyi ilə keçiriləcək bu mərhələyə noyabrın 19-da yekun vurulacaq. Azərbaycanda ilk dəfə təşkil olunan Pro kateqoriyalı lisenziya kurslarının ilkin mərhələsi bu il iyunun 27-dən iyulun 2-dək, ikinci mərhələsi isə sentyabrın 26-dan oktyabrın 8-dək olan müddətdə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB