Azərbaycan qrossmeysteri Eltac Səfərli 20 yaşınadək şahmatçılar arasında FİDE-nin reytinqində 8-ci yerdədir. Siasport.az saytı xəbər verir ki, Avropa komanda çempionatında çıxış etməyə hazırlaşan şahmatçımız reytinq cədvəlində amerikalı Robert Hessi, İspaniyadan olan Lopes Salqadonu və hətta dünya çempionu Xou İfanı qabaqlayır. Yeniyetmələrin reytinqində lider Fabiano Karuanadır, onun ardınca Le Kuanq Lyem və Aniş Giri gəlirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB