Yeddi yaşlı Azərbaycan qızı kosika-karate üzrə Avropa çempionu oldu!
Donetskdə, "Dostluq" idman kompleksində kosika-karate üzrə Avropa çempionatı başa çatıb. Siasport.az saytı xəbər verir ki, 15 ölkənin, o cümlədən Şərq təkbətək döyüş növlərinin vətəni sayılan Yaponiyanın ən güclü karateçiləri öz çəki və yaş dərəcələrində qitə çempionu adı uğrunda mübarizə aparıblar. Turnirdə ümumən 400 idmançı iştirak edib. Bu idman növünün tarixində ilk dəfə Azərbaycan idmançısı Sevinc Mövsünzadə yeddi yaşında katada kosika-karate üzrə Avropa çempionu olub.
Sevincin atası və məşqçisi, kosika-karate üzrə üçqat dünya çempionu Nazim Mövsünzadə bildirib ki,qaydalara görə, 9 yaşından kiçik uşaqlar turnirə buraxılmır, lakin Dünya Karate Federasiyasının prezidenti Masayuki Kukan Xisataki qızın məharətinə o dərəcədə heyran qalıb ki, Sevinci yarışlara buraxıb və sonra qızıl medalı şəxsən özü onun boynuna taxıb. Bu, Azərbaycan üçün böyük şərəfdir, çünki tarixdə ilk dəfə 7 yaşlı uşaq kosika-karate üzrə Avropa çempionu olub.
Azərbaycanı bu yarışlarda 15 nəfərlik nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndələri Avropa çempionatında layiqincə çıxış edərək 5 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıblar.
Kosika-karate Şərq təkbətək döyüş növlərinin ən sərt kontakt növlərindən biridir. Burada idmançılar sözün əsl mənasında döyüşürlər, hərçənd kosika karatenin ən təhlükəsiz növlərindən biri sayılır. Məsələ bundadır ki, idmançıları döyüş zamanı xüsusi forma qoruyur. Lakin bu o demək deyildir ki, mübarizə əzmi zəifləyir. Bəzən tatami üzərindəemosiyalar aşıb-daşır. Xatırladaq ki, 2012-ci ildə kosika-karate üzrə dünya birinciliyi Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB