Ayxan Mamayev karate üzrə 7-ci dünya çempionatında qızıl medal qazanıb
Malaziyanın Melaka şəhərində gənclər və yeniyetmələr arasında karate üzrə 7-ci dünya çempionatı keçirilib.
Siasport.az saytı xəbər verir ki, mundialda 81 ölkədən 1215 idmançı mübarizə aparıb. Bu mötəbər yarışda karate üzrə Azərbaycan yığma komandası da iştirak edib. 18-20 yaşlı karateçilərin yarışında 78 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Ayxan Mamayev bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Çempionat çərçivəsində gələn il Bakıda gənclər və yeniyetmələr arasında keçiriləcək 39-cu Avropa çempionatına hazırlıq məqsədi ilə Avropa təşkilat komitəsinin rəhbərləri ilə MКF-nin rəhbəri Yaşar Bəşirov və federasiyanın katibi Mir-Cabbar Seyidov arasında görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB