AİBA dünya çempionatından sonra boksçuların yeni reytinq cədvəlini açıqlayıb. SİA-nın verdiyi xəbərə əsasən, Azərbaycan idmançılarından ikisi – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov reytinq cədvəlinə başçılıq edirlər.
Dünya çempionatında uğursuz çıxış edən Salman Əlizadə 1-ci sıradakı mövqeyini əldən verib.
Millimizin üzvü 49 kq çəki dərəcəsi olan boksçular arasında 2-ci yeri tutur. London Olimpiadasına lisenziya qazanan Elvin Məmişzadə (52 kq) reytinq cədvəlində 3-cü pillədədir. 56, 69 və 81 kq çəki dərəcələrində reytinq cədvəlində Azərbaycanın heç bir boksçusu yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB