"Messi kapitan olsun!"

Sən demə "Barselona"nın argentinalı futbol ulduzu Leonel Messinin futbol üzrə Argentina millisinin kapitanı olmasını istəyənlər də varmış. Siasport.az saytı xəbər verir ki, dünya futbolunun əfsanəvi futbolçularından olan, 1957-1959-cu illərdə "Real"kluunda çıxış etdiyi vaxtlarda "Avropanın ən yaxşı futbolçusu" seçilmiş Alfredo Di Stefano "Barselona"nın ulduz futbolçusunu millidə kapitan kimi görmək arzusu ilə alışıb yanır: "Argentina milli komandasının kapitanı Messi olmalıdır. Çünki bir kapitanda olması gərəkən hər şey Messidə var. Vaxtilə Passarella və Maradona da millinin kapitanı olub. Məncə, Messi də Maradona kimi rəqibin canına qorxu salan bir futbolçudur".

Bütün xəbərlər Facebook səhifəmizdə