Qızıl topa namizəd futbolçuların adı açıqlandı

Qızıl topa namizəd futbolçuların adı açıqlandı
FİFA dünyanın ən yaxşı futbolçusu adına və "Qızıl top"u qazanmağa namizəd sayılan 23 futbolçunun adını açıqlayıb.
Siasport.az saytı xəbər verir ki, siyahı FİFA-nın bir neçə komitəsində və "France Football" jurnalının əməkdaşları arasında aparılan səsvermə nəticəsində tərtib olunub.
Siyahıdakı futbolçuların yarıdan çoxu İspaniyanın "Barcelona" (8 nəfər) və "Real" (5 nəfər) klublarında çıxış edir. Onların tam siyahısını təqdim edirik:
Erik Abidal (Fransa, "Barcelona"), Serxio Aquero (Argentina, "Manchester City"), Kərim Benzema (Fransa, "Real"), İker Kasilyas (İspaniya, "Real"), Kriştianu Ronalduo (Portuqaliya, "Real"), Daniel Alveş (Braziliya, "Barcelona"), Samuel Eto`O (Kamerun, "Anji"), Sesk Fabreqas (İspaniya, "Barcelona"), Dieqo Forlan (Uruqvay, "İnter"), Andres İnyesta (İspaniya, "Barcelona"), Lionel Messi (Argentina, "Barcelona"), Tomas Müller (Almaniya, "Bayern"), Nani (Portuqaliya, "Manchester United"), Neymar (Braziliya, "Santos"), Məsut Özil (Almaniya, "Real"), Xerard Pike (İspaniya, "Barcelona"), Ueyn Runi (İngiltərə, "Manchester United"), Bastian Şvaynştayger (Almaniya, "Bayern"), Uesli Sneyder (Hollandiya, "İnter"), Luis Suares (Uruqvay, "Liverpool"), David Vilya (İspaniya, "Barcelona"), Xabi Alonso (İspaniya, "Real"), Xavi (İspaniya, "Barcelona").
Yığmaların kapitanları və beynəlxalq mətbu orqanlarının nümayəndələri finalçı "3-lüy"ü dekabrın 5-də seçəcəklər. Qalibin adı isə 2012-ci il yanvarın 9-da İsveçrənin Sürix şəhərində açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə