Vişvanatan Anand və azərbaycanlı Şəhriyar Məmmədyarov arasında final görüşü oktyabrın 31-də keçiriləcək

Vişvanatan Anand və azərbaycanlı Şəhriyar Məmmədyarov arasında final görüşü oktyabrın 31-də keçiriləcək

Dünya çempionu, Hindistan şahmatçısı Vişvanatan Anand və azərbaycanlı Şəhriyar Məmmədyarov arasında final görüşü oktyabrın 31-də keçiriləcək.
Siasport.az saytı xəbər verir ki, həlledici görüş Korsika adasının paytaxtı Ayaçço şəhərində, Konqres Sarayında olacaq. Xatırladaq ki, V.Anand yarımfinalda gərgin mübarizə şəraitində keçən görüşdə həmvətəni Krişnan Saşikiranaya 3:1 hesabı ilə qalib gəlib, Şəhriyar Məmmədyarov isə 2:0 hesabı ilə Bolqarıstan təmsilçisi İvan Çeparinovu məğlubiyyətə uğradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə