Dünən "Şükrü Saracoğlu" stadionunda "Karabükspor"la qarşılaşan İstanbulun "Fənərbaxça" futbol klubu, çətin də olsa 1:0 hesabı ilə qalib gələrək, turnir cədvəlindəki liderliyini bir az da möhkəmləndirib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində, "sarı lacivərtlilərin" kapitanı Aleks de Souzanın rəqib futbolçuya qarşı kobud hərəkətə görə qırmızı vərəqə alaraq meydandan qovulması, qarşılaşmanın dramatik və gərgin məcrada keçməsinə stimul yaradıb. Qarşılaşma boyu "Şükrü Saracoğlu"da toplaşan "Fənərbaxça" azarkeşləri oyunun baş hakimini fitə basaraq etirazlarını kəskin şəkildə bildirməyə çalışırdılar. Qarşılaşmanın 17-ci dəqiqəsində Bienvenu "Fənərbaxça"nı hesabda önə keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB