"Barselona"nın futbol akademiyasından gələn mütəxəssislər "Turan" uşaq futbol məktəbində təhsil alan uşaqlardan öz akademiyalarında təhsillərini davam etdirəcək 11 uşaq futbolçunu artıq müəyyənləşdiriblər. Siasport.az saytı xəbər verir ki, 2 gün davam edən seçimlərdə tovuzlu uşaq futbolçuların istedadları və göstərdikləri məharətlər "barselona"lı mütəxəssisləri özlərinə heyran edib. Seçim zamanı mütəxəssislər öz aralarında məsləhətləşərək İspaniyaya aparacaqları uşaqların adlarını açıqlayıblar.
Tovuzda 2 gün keçirilən seleksiyada Mundial.az-ın əməkdaşı da iştirak edib. Jurnalistin dediyinə görə, \"Barselona\"ya aparılacaq 11 futbolçu artıq məlumdur.
Xatırladaq ki, "Turan"la "Barselona"nın əməkdaşlıq etməsi məhz klubun prezidenti Musa Süleymanovun təşəbbüsüdür.
"Barselona"ya aparılacaq uşaq futbolçuların siyahısı:
1. Yaşar Quliyev (1998 /qapıçı)
2. Nəriman Hüseynov (1998 /müdafiəçi)
3. Ömər İsgəndərov (1996 /müdafiəçi)
4. Afin Bağırov (1996 /müdafiəçi)
5. Şahin Quluzadə (1998 /yarımmüdafiəçi)
6. Pərvin Əiyev (1998 /yarımmüdafiəçi)
7. Cavid Qasımov (1996 /yarımmüdafiəçi)
8. Emin Mirzəliyev (1996 /yarımmüdafiəçi)
9. Budaq Nəsirov (1996 /yarımmüdafiəçi)
10. Emin Yusifli (1998 /hücumçu)
11. Məharət Əhmədov (1996 /hüçumçu)
Mundial.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB