AZAL üzərində qələbə qazanan (2:1) "Sumqayıt Şəhər" itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, bu qarşılaşmada ilk qolun müəllifi olan Samir Abdulovun qabırğası sınıb. Adıçəkilən futbolçu klubun rəsmi saytına açıqlama verib: "İlk öncə, ilk qələbəyə görə bütün komandanı təbrik edirəm. Qazanılan üç xalda hamının əməyi var. Təəssüf ki, AZAL-la qarşılaşmada zədə aldım. Rəqiblə mübarizədən sonra qabırğamda ağrı hiss etdim. Oyundan sonra məlum oldu ki, həmin hissədə sınıq var. Həkimlərin sözlərinə görə, ən azı 1 ay məşq edə bilməyəcəyəm".
Qeyd edək ki, Samir Abdulovdan başqa, Rəşad Kərimov, Eşqin Quliyev və Orxan Həsənov da zədə səbəbindən "Sumqayıt Şəhər"ə kömək edə bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB