"Qarabağ" klubu bu gün məşqlərə başlayacaq

"Qarabağ" klubu bu gün məşqlərə başlayacaq

"Qarabağ" klubu yenidən Premyer Liqanın 2-ci dövrəsinin ilk turunda "Sumqayıt-Şəhər"lə qarşılaşacaq. Siaspor.az saytı xəbər verir ki, komanda bu gün hazırlıqlara start verir. Oktyabrın 28-i "Bakı"yla qarşılaşdıqdan sonra paytaxta qayıdan komandaya baş məşqçi Qurban Qurbanov 2 günlük istirahət vermişdi. Bu gün isə bazaya yığışan heyət ilk çalışmanı yerinə yetirəcək.

Komandanın məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq. "Sumqayıt-Şəhər"lə mücadilə öncəsi son 2 turu buraxan Nderim Nedzipi geri dönüb. Uzun zamandır fərdi olaraq çalışan makedoniyalı sumqayıtlılarla oyuna qədər hazır olacaq. Avqustda zədələnən Emin də fərdi məşqlərə başlayıb. İmaməliyevin 2 həftəyə tam hazır olacağı gözlənilir.

"Qarabağ" - "Sumqayıt-Şəhər" oyunu noyabrın 5-də Ağdam, Quzanlı qəsəbə stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə