İngiltərənin \"Çelsi\" futbol klubunun prezidenti Roman Abramoviç, komandasının Premyer Liqa çərçivəsində \"Arsenal\"a 3:5 hesabı ilə uduzmasından sonra, \"zadəganların\" 34 yaşlı portuqaliyalı baş məşqçisi Andres Boaşa xəbərdarlıq edib. Siasport.az saytı xəbər verir ki, rusiyalı milyarder iş adamı komandasının hazırkı durumundan çox narahatdır. İngilis \"The Sun\" qəzeti isə yazır ki, \"topçular\"la qarşılaşmadan sonra baş məşqçi ilə görüşən R.Abromoviç, hazırkı oyun sistemi ilə \"zadəganların\" heç mövsümün ilk yarısına qədər turnir cədvəlinin ilk 3 sıralamasında yer ala bilməyəcəyini diqqətə çatdırıb. İngilis qəzetinə görə, yəhudi əsilli rusiyalı milyarder, portuqaliyalı baş məşqçidən klubun hazırkı durumu barədə hesabat tələb edib. R.Abromoviçin əsas tələbi, \"Çelsi\"nin hazırkı heyəti barədə dolğun rəy almaq və qış transfer dövründə hansı cinahlara tarnsfer həyata keçiriləcəyini dəqiq öyrənməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB