İtaliyanın Milan" futbol klubunda xoşagəlməz hadisələr baş verir. Siasport.az saytı xəbər verir ki, İtaliya A Seriyasının son turunda əzəli rəqiblərindən olan "Roma"nı səfərdə 3:2 hesabı ilə məğlub etməyi bacaran Milan təmsilçisi, bunun əvəzində ulduz futbolçusu Kassanonu itirməli olub. Belə ki, "Roma" ilə keçirilən qarşılaşmadan sonra təyyarədə komanda yoldaşı Zvezdiyan İbrahimoviçlə zarafatlaşan və kifayət qədər şən əhval-ruhuyyədə görünən ulduz futbolçu, sonradan hava limanında özünü pis hiss edərək yerə yıxılıb. Təcili xəstəxanaya aparılan Kassano, ilkin tibbi yardımdan sonra özünə gəlsə də, onun çox ciddi bir xəstəliyə düçar olduğu barədə məlumatlar dolaşır. Bəzi mənbələrə görə, ulduz futbolçuda xərcəng xəstəliyinin ilkin təzahürləri görünür. yaxınları isə Kassanonun çöhrəsinin sürətlə saraldığı barədə danışırlar. Hazırda ciddi müayinə altında olan futbolçunun səhhəti barədə həkimlər mətbuata heç bir məlumat vermirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB