"Qalatasaray"lı Yekta Kurtuluş 4-5 ay yaşıl meydanlara həsrət qaldı!

"Qalatasaray"lı Yekta Kurtuluş 4-5 ay yaşıl meydanlara həsrət qaldı!

Dünən Türkiyə Superliqası çərçivəsində çətin "Kayserispor" səfərindən 2:0 hesablə qələbə və 3 qızıl xalla dönən İstanbulun "Qalatasaray" futbol klubunda, zədəli futbolçular, İstanbul klubu üçün ciddi başağrısına çevrilib. Siasport.az saytı xəbər verir ki, keçən tur öz meydanında hakim qərəzi ucbatından "Gazientepspor"a 2:4 hesabı ilə məğlub olan, ən əsası isə bir neçə futbolçusunu itirən "cim bom" dünənki qarşılaşmada Yekta Kurtuluşu da itirməli olub. Belə ki, meydana çıxdığı andan gözəl futbolu ilə seçilən Y.Kurtuluş, qarşılaşmanın sonlarında ciddi zədə alaraq meydanı tərk etməli olub. Həkimlərin rəyi isə belədir ki, "Qalatasaray"lı futbolçu, ən azı 4-5 ay yaşıl meydanlara dönə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə