Gənc yunan-Roma güləşçiləri İstanbuldan 5 qızıl və 3 bürünc medalla qayıdır

Gənc yunan-Roma güləşçiləri İstanbuldan 5 qızıl və 3 bürünc medalla qayıdır

İstanbulda keçirilən güləş üzrə 27-ci Cumhuriyyət Kuboku Beynəlxalq turniri başa çatıb. Siasport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan, Özbəkistan, Ukrayna, Gürcüstan, Rusiya və Türkiyə başda olmaqla 10-dan artıq ölkənin pəhləvanları iştirak edib.

Böyük məşqçi İlqar Abdulov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə iştirak edən yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmamız komanda hesabında ikinci olub. Ümumilikdə yığmamız 5 qızıl və 3 bürünc medal qazanıb və 52 xal toplayıb.

Qızıl medalları yığmamıza Fazil Zamanzadə (55 kq), Nurlan Əsgərov (60 kq), Ceyhun Əliyev (66 kq), Şamil Ertuqanov (74 kq) və Fuad Əliyev (84 kq), bürüncləri isə Toğrul Yunisli (74 kq), Sultan İsmayılov (84 kq) və Hacımurad Çöpsiyev (96 kq) əldə edib.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Xanmirzə Məlikəliyev də iştirak edib.


Bütün xəbərlər Facebook səhifəmizdə