Azərbaycanda beynəlxalq atçılıq turnirinə start verilib

Azərbaycanda beynəlxalq atçılıq turnirinə start verilib

Azərbaycanda CSİ-3* kateqoriyalı beynəlxalq atçılıq turnirinə start verilib. Siasport.az saytı xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən yarış Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunub.

Turnirdə azərbaycanlı çaparlarla yanaşı, Gürcüstan, Fransa, Hollandiya, Ukrayna, Qazaxıstan, Rusiya və Polşadan olan idmançılar da iştrak edirlər.. İlk yarış günü iki mərhələdən ibarət olub. Ümumi mükafat fondu 156 min dollar olan yarışın ilk günü çaparlar, ilkin mərhələdə 8 min dollar mükafat uğrunda mübarizə aparıblar, Fransalı idmançı Jean Pierre "Bil Klinton" ləqəbli atla bütün rəqiblərindən güclü olmağı bacarıb. İkinci yeri "Qroq" ləqəbli atla həmyerlimiz Ələkbər Məmmədov tutub. Gürcüstanlı Şalva Gachechiladze isə "Conrad De Lux" ləqəbli atla üçüncü olub. Turnirin, ikinci mərhələsində isə idmançılar 31 min dollar mükafat uğrunda mübarizə aparıblar. Polşalı Aleksandra Lusina "Bahar MNM" ləqəbli atla daha yaxşı nəticə göstərib. Həmyerlimiz Camal Rəhimov "Palatin E" ləqəbli atla ikinci, Aleksandra Lusina "Kalinka MNM" ləqəbli atla üçüncü olub. Yarışın ikinci mərhələsi isə ötən gün keçirilib. İdmançılar bu dəfə də ilk mərhələdə 8 min Amerika dolları uğrunda yarışıblar. Bu dəfə gürcüstanlı Qeqi Metonidze "Erosi" ləqəbli atla bütün rəqiblərini arxada qoyub. "Qazaxıstanlı Aleksandr Tişkov Aman" ləqəbli atla ikinci yeri tutub. Həmyerlimiz Etibar Xəlilov isə, "Arko VDH" ləqəbli atla üçüncü olub. Yarışın ikinci günü keçirilən son turnirdə hollandiyalı Harri Smolders "Concorde 57" ləqəbli atla baş mükafata sahib çıxıb. Camal Rəhimov "Woodie" ləqəbli atla ikinci, Şalva Gachechiladze isə "Chewing Gun" ləqəbli atla üçüncü olub.

Qeyd edək ki, hər iki gündə keçirilən sonuncu mərhələ oyunları Olimpiya Oyunlarına lisenziya xarakterli olub. Beynəlxalq atçılıq yarışının sonuncu və əsas mərhələsi bu gün saat 15:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə