"Qalatasaray" qazandı, Fatih Terim razı qaldı!

"Qalatasaray" qazandı, Fatih Terim razı qaldı!
Dünən Türkiyə Superliqasının 9-cu turu çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, keçən turda ağlasığmaz hakim qərəzi üzündən "Türk Telekom Arena"da "Gazientepspor"a 2:4 hesbı ilə məğlub olan İstanbulun "Qalatasaray" futbol klubu, dünənki çətin səfər qarşılaşmasında "Kayserispor"a 2:0 hesabı ilə qalib gələrək, turnir cədvəlindəki 2-ci pilləni yenidən ələ keçirib. Fatih Terimin yetirmələri olduqca iddialı rəqibnin qarşısında əzmkar futbol sərgiləyərək, istəklərinə çatıblar.
Xüsusi ilə Almender və Selcuk İnanın gözəl oyunları və hər iki futbolçunun vurduğu qollar, bundan başqa Eboue və Rieyanın operativ futbol oynamaları, artıq "Qalatasaray"ın bir komanda kimi formalaşdığını göstərir. Elə baş məşqçi Fatih Terimin də komandadan razı qaldğı açıqlca görünür. Belə ki, dünənki "Kayserispor"qarşılaşmasından sonra jurnalistlərə açıqlama verən "imperator", komandadakı futbolçuların bir-birlərinə uyğunlaşdıqlarını və qarşıdakı gərgin oyunlarda daha əla kollektiv futbol oynayacaqlarını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə