Karate üzrə Respublika çempionatına lisenziya verən turnir keçirilib

Karate üzrə Respublika çempionatına lisenziya verən turnir keçirilib

Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kyokuşinkay Karete Federasiyası və Azərbaycan Kyokuşinkay Karate Federasiyasının təşkilatçılığı ilə Şabranın Şahnəzərli kənd orta məktəbində Respublika çempionatına lisenziya verən turnir keçirilib. Siasport.az saytının Şimal bürosunun verdiyi xəbərə görə, turinirin əsas məqsədi Respublikanın bölgələrindən bacarıqlı idmançıları aşkar edərək, Respublika yığma komandasına cəlb etməkdir. Turinirdə Mərkəz, Bakı, Sumqayıt, Şabran, Siyəzən, Yevlax, Ağdam, Qazax, Xırdalan, Sabunçu, Xəzər, Nəsimi rayonun idmançıları iştirak ediblər. 4 yaş qurupu üzrə uşaqlar, yeniyetmələr, gənclər və kişilər arasıda ümumilikdə 136 idmançı öz qüvvələrini sınayıb. Yarışda yer tutan idmançılar respublika çempionatına lisenziya qazanıblar.

Emin Kərimov.

Bütün xəbərlər Facebook səhifəmizdə