Futbol üzrə Türkiyə millisinin hollandiyalı baş məşqçisi Quss Hiddinq, Avro-2012-nin final mərhələsinə qatılmaq üçün pleyy-off oynayacaqları Xorvatiya qarşılaşmasından sonra özünə yeni iş yeri tapmalı olacaq. Siasport.az saytı xəbər verir ki, onsuz da Q.Hiddinqin Türkiyə millisinin sükanı arxasına keçdiyi gündən bu yana azarkeşlərin üzünü güldürəcək futbol sərgiləyə bilməyən millidə, ciddi dəyişiklilklər qaçılmazdır. Hər halda artıq bir neçə gündür ki, qardaş Türkiyə mətbuatının baş yazısı, hollandiyalı futbol mütəxəssisinin "Bursaspor"un hazırkı baş məşqçisi Ərtuğrul Sağlamla əvəzlənəcəyi barədədir. Türk mətbuatı iddia edir ki, həttda Türkiyə Futbol Federasiyasında (TFF) da hollandiyalını istefaya göndərmək barədə ümumi razılıq mövcuddur. Mütəxəssislər də Q.Hiddinqin Türkiyə millisinin sükanı arxasında uğursuz olduğunu düşünürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB