Vladislav Qədirov: "Oyunun çox çətin keçəcəyini bilirdik"-AÇIQLAMA

Vladislav Qədirov: "Oyunun çox çətin keçəcəyini bilirdik"-AÇIQLAMA

Azərbaycan Premyer Liqasının XI turunda "Rəvan" doğma meydanda "İnter"ə məğlub oldu – 1:2. Siasport.az saytı oyundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri nəzərinizə çatdırır:

Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Bütün oyun boyu nəzarət bizim əlimizdə idi. Çoxlu qol imkanlarımız olsa da, əksəriyyətindən yararlana bilmədik. Hücumçularıma iradım var. Oyunun sonlarında meydanın mərkəzində təşəbbüsü əldən verdik. "Rəvan" komandası yüksəlişdədir. Dörd tur idi ki, uduzmurdular. Rəqibimizin güclü hücum potensialı var. Əsas məqsədimiz üç xal qazanmaq idi, ona da nail olduq".


Vladislav Qədirov, "Rəvan" klubunun baş məşqçisi: "Dörd oyun idi ki, uduzmurduq. Bu oyunun çox çətin keçəcəyini bilirdik. "İnter" həm fiziki, həm də taktiki cəhətdən yaxşı komandadır. İki fərqli hissə izlədik. İlk hissədə iki qol buraxdıq. İkinci hissədə potensialımızı artırdıq. Bir qol vurduq, ancaq penaltidən yararlana bilmədik. Növbəti tur "Simurq"la oyunumuz var, o oyuna hazırlaşacağıq"

Bütün xəbərlər Facebook səhifəmizdə