Berti Foqts yığmamızdan ayrılacaq?

Berti Foqts yığmamızdan ayrılacaq?
Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqts ilin sonunda öz postunu tərk edəcək. Siasport.az saytı xəbər verir ki, məlumatı "Associated Press" agentliyi yayıb.
Berti Foqts oktyabrın 29-da Almaniyanın "Frankfurter Allgemeine" qəzetinə verdiyi müsahibəsində bildirib ki, imzalanacaq yeni müqaviləyə müəyyən şərtlərin daxil edilməsini istəyib: "Bilirəm ki, bu baş tutmayacaq. Ona görə də postumu tərk edəcəyəm".
Qeyd edək ki, Foqtsun müqaviləsi ilin sonunda bitəcək.
65 yaşlı almaniyalı mütəxəssis Şotlandiya, Nigeriya və Küveyt yığmalarının baş məşqçisi olub. O, digər yığmalardan "iki maraqlı təklif" aldığını da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə