Elxan Abdullayev: "Özüm də komandamın oyunundan utandım"-AÇIQLAMA
Azərbaycan Premyer Liqasının XI turunda "Sumqayıt Şəhər" doğma meydanda AZAL-ı məğlub edərək mövsümdə ilk qələbəsini bayram edib – 2:1.
Siasport.az saytı komandaların baş məşqçilərinin fikirlərini nəzərinizə çatdırır:
Elxan Abdullayev, AZAL klubunun baş məşqçisi: "AZAL bu gün çox zəif oynadı. Özüm də komandamın oyunundan utandım. "Sumqayıt Şəhər"i ilk qələbə münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bu, onların son qələbəsi olmaz".
Bernhard Raab, "Sumqayıt Şəhər" klubunun baş məşqçisi: "Bu qələbəni çoxdan gözləyirdik. Əldə etdiyimiz üç xal və qələbəyə görə oyunçularıma təşəkkür edirəm. Çox sevinirik. AZAL yaxşı komandadır. Oyun gərgin keçdi, amma hər şey bizim üçün yaxşı bitdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB