İstanbulun "Fənərbaxça" futbol klubu, qış transfer dövrü üçün elə indidən çalışmalara başlayıb. Siasport.az saytı xəbər verir ki, Dianın zədələnərək ən azı 6 ay yaşıl meydanlardan uzaq qalması, baş məşqçi Aykut Kocamanı alternativ yollar axtarmağa sövq edir. Belə ki, baş məşqçi ötən mövsüm İstanbul klubunun transfer etmək üçün çox çalışdığı, amma bun nail ola bilmədiyi serbiyalı forvard Krasiçi yenidən "Fənərbaxça"ya cəlb etmək üçün rəhbərliyə müraciət edib.
Hazırda İtaliyanın "Yuventus" klubunda çıxış edən Krasiçin də İstanbul klubuna transfer olmağa müsbət yanaşdığı bildirilir. Çünki italyan klubunun baş məşqçisi Antonio Konte tərəfindən ilk 11-liyə daxil edilməyən serb futbolçu, bu vəziyyətlə razılaşmayaraq daima əsas heyətdə oynamaq şansı qazanacağı klub axtarır. Sözsüz ki, Krasiçi 1 illiyinə icarəyə götürmək də "Fənərbaxça"ya ucuz başa gəlməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB