Bernt Şuster "Atletiko Madrid"in baş məşqçisi olmaq arzusunu açıqladı!
Ispaniyanın "Atletiko Madrid" futbol klubunun hazırkı baş məşqçi Griqorio Monzano ilə yolları ayırmağa qərar verməsi, baş məşqçi olmaq istəyənlərin "iştahasını" əməllicə çoxaldıb. Siasport.az saytı xəbər verir ki, neçə müddətdir ki, İspaniya mətbuatının Bert Şusterin "Atletiko Madrid"in sükanı arxasına keçəcəyi ilə bağlı yaydıqları xəbərlər, səbəbkarın özü tərəfindən də təsdiqlənməyə başlanılıb. Belə ki, İstanbulun "Beşiktaş" futbol klubunun keçmiş baş məşqçisi olan B.Şuster "Marça" qəzetinə verdiyi açıqlamada "Atletiko Madrid"in olduqca böyük bir futbol klubu olduğunu, orada sevə-sevə çalışa biləcəyini açıqlayıb. Alman mütəxəssis, bu klubun hazırkı durumundan da xəbərdar olduğunu deyərək, hələ ki, rəsmi bir təklif almadığını da sözlərinə əlavə edib. Eyni zamanda o İspaniya La Liqasında çalışmaq istədiyini də gizlətməyib.
Belə görünür ki, B.Şuster, "Atletiko Madrid"in sükanı arxasına keçməyə, necə deyərlər, "dünəndən razıdır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB