Olimpiya Oyunları Lozannada müzakirə ediləcək

Olimpiya Oyunları Lozannada müzakirə ediləcək

31 oktyabr 2011-ci il tarixində baş nazirin 1-ci müavini Yaqub Eyyubovun başçılığı ilə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, işçi qrupunun üzvləri və xarici şirkətlərin nümayəndələri Lozanna şəhərində "2020 namizəd şəhərlər" başlığı altında təşkil edilən seminara yola düşürlər.

Siasport.az saytı xəbər verir ki, seminarda Olimpiya Oyunlarının keçirilməsi üçün dövlətlərin qarşısında duran vəzifələr, olimpiya oyunlarının təşkil edilməsi zamanı mühüm əhəmiyyət kəsb edən məqamlar ətrafında müzakirələr aparılacaq.

1 noyabr tarixində start götürəcək seminarda "Oyunlara baxış", "Yarışların təşkili- bu nə deməkdir və öz üzərinə nəyi götürür?", "Yeniyetmələrin Olimpiya Oyunlarının təqdimatı", "Ev sahibliyinin planlaşdırılması və ötürülməsi- oyunların dəyişiklik katalizatoru olması necə baş verir?", "Oyunlara namizədlik", "Əlaqələrin qurulması" mövzuları ətrafında diskussiyaların aparılması nəzərdə tutulur.

Seminarda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqq, 2012-ci il London Olimpiya Oyunlarının prezidenti Lord Sebastyan, 2014-cü il Soçi Olimpiya oyunlarının təşkilat komitəsinin sədri və prezidenti Dmitri Çernişenko, Rio de Janeyro şəhərinin meri Eduardo Payes və digər nüfuzlu şəxslər iştirak edəcəklər.

Seminar 4 noyabr tarixənədək davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə