Son iki qarşılaşmada azarkeşlərini əməlli-başlı məyus edən İstanbulun "Qalatasaray" futbol klubu, deyəsən köhnə heyətdəki əksər futboolçularla yolları ayırmaq qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terim, hakim səhvləri və qərəzləri ilə "zəngin olan" "Gazientepspor" qarşılaşmasından sonra İstanbul klubunun prezidenti Ünal Aysal ilə görüşərək, heyətdəki etimadı doğrultmayan və fiziki baxımdan yararsız əksər futbolçularla qış transfer mövsümündə yolların ayrılmasını tələb edib. hazırkı heyətlə rəhbərliyin görmək istədiyi əsl "Qalatasaray"ı yaratmağın mümkün olmadığını deyən F.Terim, deyəsən istəyinə çatmaq üzrədir. Təbii ki, "köhnə qvardiya" ilə yolları ayırmaqda. Belə ki, Rusiyanın Rubin" futbol klubu "Qalatasaray"lı Sərvət Çətini heyətində görmək istəyir və Kazan təmsilçisinin menecerləri artıq İstanbulda danışıqlara başlayıbar. Türkiyə mətbuatının xəbərinə görə, S.Çətinlə yolları ayırmağa daha çox meylli olan "Qalatasaray" rəhbərliyi də qarşı tərəfin şərtləri ilə razılaşdıqlarını açıq şəkildə danışıqlar zamanı ortaya qoyublar. Belə görünür ki, qış transfer dövründə biz S.Çətini Kazan təmsilçinin heyətində görə biləcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB