Ramal Hüseynov: \"Bu, komandanın bacarıqsızlığı deyil\" - AÇIQLAMA

Ramal Hüseynov: \"Bu, komandanın bacarıqsızlığı deyil\" - AÇIQLAMA
Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində \"Dalğa Arena\"da bu gün keçiriləcək \"Neftçi\" - \"Turan\" matçı haqqında Tovuz təmsilçilərinin təcrübəli futbolçusu Ramal Hüseynov açıqlama verib. Siasport.az sayt xəbər verir ki, Hüseynov komandasının süni örtüklü meydançada oynamasına öyrəşmədiyini bildirib: \"Hazırlığımız yaxşıdır. Ancaq komandamız süni örtüklü meydançada oynamağa öyrəşməyib. Bunu \"Qarabağ\"la burada keçirdiyimiz oyun da göstərdi ki, komanda süni örtüklü meydançada oynaya bilmir. Bu, komandanın bacarıqsızlığı deyil, sadəcə komanda buna öyrəşməyib. Çünki \"Turan\"ın stadionu təbii ot örtüyülə döşənib. Ölkə stadionları içərisində ən yaxşılarından biri Tovuzdadır. Biz məşqlərimizi orada keçiririk, oraya oyrəşmişik. Süni örtüklü meydança nə qədər keyfiyyətli olsa da təbii örtüklü meydançanın yerini verə bilməz. Hesab edirəm ki, bü gün \"Neftçi\"nin ən böyük üstünlüyü bu meydançadır\".

Bütün xəbərlər Facebook səhifəmizdə