Mehman Allahverdiyev: "Xəzər Lənkəran" lider komandadır, stabil oyun nümayiş etdirir"-AÇIQLAMA

Mehman Allahverdiyev: "Xəzər Lənkəran" lider komandadır, stabil oyun nümayiş etdirir"-AÇIQLAMA

Azərbaycan Premyer Liqasının XI turunda doğma meydanda "Kəpəz"i qəbul edən "Xəzər Lənkəran" rəqibini minimal hesabla məğlub edərək turnir cədvəlində vahid liderliyini davam etdirdi – 1:0. Siasport.az saytı xəbər verir ki, "Gəncə" klubunun baş məşqçisi Mehman Allahverdiyev oyun barəsində fikirlərini biıldirib: "Oyun gərgin idman mübarizəsində keçdi. "Xəzər Lənkəran" lider komandadır, stabil oyun nümayiş etdirir. Hər iki komanda əla oyun gəstərdi. "Xəzər Lənkəran"ı qələbə münasibəti ilə təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə