FİDE Azərbaycan şahmatçılarına müxtəlif adlar verib

FİDE Azərbaycan şahmatçılarına müxtəlif adlar verib

FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) Polşanın Krakov şəhərində keçirilmiş 82-ci konqresində Azərbaycan şahmatçılarına müxtəlif idman adları verilib. Siasport.az saytı xəbər verir ki, Ayaz Məmmədova beynəlxalq dərəcəli usta, Orxan Abdulova beynəlxalq dərəcəli ustalığa namizəd, Nərmin Kazımovaya qadınlar arasında beynəlxalq qrossmeysterliyə namizəd, Səbinə İbrahimovaya beynəlxalq dərəcəli ustalığa namizəd, on iki idmançımıza isə beynəlxalq təşkilatçı adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə