"Gazientepspor"a acınacaqlı məlubiyyət, Fatih Terimin yuxusunu ərşə çəkib...

"Gazientepspor"a acınacaqlı məlubiyyət, Fatih Terimin yuxusunu ərşə çəkib...
Fatih Terim "Gazientepspor" qarşısında alınan 2:4 hesablı məğlubiyyətdən elə üzülüb ki, gecə səhərə qədər yuxusu ərşə çəkilibmiş. Siasport.az saytı xəbər verir ki, jurnalistlərə açıqlama verən 57 yaşlı mütəxəssis, "Gazientepspor" məğlubiyyətinin onu çox üzdüyünü dilə gətirib.
Bununla yanaşı baş məşqçi, bu qarşılaşmanı artıq unudaraq qarşıdakı turda səfərdə onları gözləyən "Kayserispor" oyununa hazırlaşdıqlarını deyib. "İmperator" son turdakı qarşılaşmadan sonra, oyunun videoyazısını da özü ilə evə apararaq, "Qalatasaray"lı futbolçular tərəfindən yol verilən səhvlər üzərində araşdırmalar aparıb. Baş məqşçi əmindir ki, onlar çətin "Kayserispor" səfərindən qələbə ilə dönəcəklər. F.Terim eyni zamanda bildirib ki, artıq "Qalatasaray"lı futbolçuların əhval-ruhiyyəsi əladır və bütün komanda qarşıdakı səfər hazırlıqlarına köklənib

Bütün xəbərlər Facebook səhifəmizdə