Konkur üzrə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunan kubok yarışı keçiriləcək
Atçılığın konkur növü üzrə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunan kubok yarışı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, oktyabrın 31-də start götürəcək yarış CSİ 3 ulduz kateqoriyalı beynəlxalq turnirdir. Turnirin ümumi mükafat fondu 156 min dollardır. Yarışda Azərbaycan, Gürcüstan, Türkiyə, Fransa, Hollandiya, Qazaxıstan və Polşa idmançıları 29 baş atla mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış olimpiya oyunlarına xal verən turnirlərindəndir. Hakimlər briqadası isə Türkiyə, İran və Yunanıstandandır. Üç gün davam edəcək turnirin ilk günü saat 12.00-da kiçik, saat 15.00-da isə böyük turnir baş tutacaq. Yarışın rəsmi açılış mərasimi noyabrın 1-də saat 15.00-da keçiriləcək. Qran- Pri- final yarışları isə turnirin üçüncü günündə saat 15.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB