Bakıda Avropa Olimpiya təsnifat qabağı turnir keçiriləcək

Bakıda Avropa Olimpiya təsnifat qabağı turnir keçiriləcək

Voleybol üzrə Avropa Olimpiya təsnifat qabağı turnir 8-12 noyabr 2011-ci il tarixlərində paytaxtımızda keçiriləcək. Siasport.az saytı xəbər verir ki, 6 komandanın iştirak etdiyi turnirdə Azərbaycan milli komandası "B" qrupunda mübarizə apracaq (Azərbaycan, Bolqarstan, Danimarka ). "A" qrupunda isə Macarstan, Ukrayna,Çexiya milliləri qarşılaşacaq.

Qeyd edək ki, oyunlar "Bakı İdman Sarayında" keçirliləcək.


Bolqarstan-Danimarka 08\11\2011 16:00

Macarstan-Ukrayna 08\11\2011 18:30

Çexiya-Macarstan 09\11\2011 16:00

Azərbaycan-Bolqarstan 09\11\2011 18:30

Ukrayna-Çexiya 10\11\2011 16:00

Danimarka-Azərbaycan 10\11\2011 18:30

1 A-2 B 11\11\2011 18:30

2 A- 1B 12\11\2011 18:30


Analoji olaraq digər Avropa Olimpiya təsnifat qabağı turnirlər Rusiya Federasiyasının Kazan və Xorvatiyanın Split şəhərlərində keçiriləcək. Kazan şəhərində Rusiya, Slovakiya, Belçika, Rumıniya, Austria, İspaniya, Split şəhərində isə Xorvatiya, Hollandiya, Fransa, İsveç, İsrail, Yunanstan milliləri qaşılaşacaqlar.

Bakıda, Kazanda və Split şəhərlərində keçirilən yarışların qalibləri 30 aprel, 7 may tarixində Türkiyədə keçiriləcək Avropa Olimpiya təsnifat mərhələsinə vəsiqə qazanacaqlar.

Sonuncu Avropa Çempionatının yarımfinalçıları (Serbiya, Almaniya, Türkiyə, İtaliya) birbaşa olaraq Avropa Olimpiya təsnifat mərhələsində çıxış edəcəklər. Türkiyə ev sahibi olduğundan Avropa Çempionatının beşincisi olmuş Polşa komandası da Olimpiya təsnifat mərhələsində iştrak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə