Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Rauf Əliyev seriala çəkilib. Siasport.az saytı xəbər verir ki, futbolçu "Xəzər TV"-də efirə gedən "Aramızda qalsın" serialında rol alıb. O, öz adı ilə çıxış edib.
Yeganə xanım həyat yoldaşı Mehmanın futbolu ondan çox sevdiyini düşünərək qısqanclıqdan Rauf Əliyevin imzası olan formasını qayçı ilə doğrayır. Sonradan buna peşman olan xanıma hissənin sonunda futbolçunun özü kömək edir. Bundan xəbər tutaraq bu evə gələn Rauf Əliyev yeni formanı birbaşa evdə imzalayır və bir növ ailədə narazılığın qarşısını almış olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB