"Neftçi" "MKT-Araz" 11 qol vurdu

AFFA-nın U-16 Liqası və "Kapital Bank U-15 Liqa"da növbəti turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, İslam Kərimovun rəhbərlik etdiyi U-16 "MKT-Araz" klubuna 11:0 hesabı ilə qalib gəlib. "Şəfa" stadionunun IV meydançasında baş tutan qarşılaşmada komandanın qollarından 3-nə əfsanəvi futbolçu Anatoli Banişevskinin nəvəsi Əli Babayev imza atıb. Digər qolları Aqşin Qurbanlı (3), Zaur Əhmədov (2), Musa Musazadə, Əkbər Əhmədov və Etibar Süleymanov vurub.

Arif Abasovun baş məşqçisi olduğu U-15 isə "İnter" klubunu məğlubiyyətə uğradıb - 1:0. Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzindəki meydançada keçirilən oyunda Kənan Mirzəliyev fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə