Bəhram Bağırzadə: \"Millinin oyunçuları insan kimi çox zəifdirlər, çox tənbəldirlər\"-AÇIQLAMA

Bəhram Bağırzadə: \"Millinin oyunçuları insan kimi çox zəifdirlər, çox tənbəldirlər\"-AÇIQLAMA
Bəhram Bağırzadə Azərbayca futbolu baərə amıqlama verib. Siasport.az saytı xəbər verir ki, sənətkar futbolumuz barədə bunları deyib: "Mən son illər Azərbaycan futboluna baxmıram. Səbəb, bizim futbolçuların zəif çıxışı ilə bağlıdır. Oyunlara baxmağa getməyəcəyəm. Bunlarda patriotik hisslər yoxdur. Öz üzərində işləmirlər. Halbuki bunlar peşəkar futbolçudurlar. Bunlar qalib gəlməyi bacarırlar, sadəcə, olaraq, tənbəllik edirlər və ona görə də mən oyunlara getmirəm.

Gələcəkdə komanda gözəl oyun sərgiləsə, onda mən də oyunlara baxmağa gedəcəyəm. Hətta onlar uduzsalar da, görsəm ki, mübarizə aparırlar, canlarını qoyurlar, onda artıq gedəcəyəm oyunlara".

Klublarda isə, mən vaxtilə "Neftçi"yə azarkeşlik etmişəm. Ən sevdiyim futbolçular İsgəndər Cavadov, Maşallah Əhmədov, Vəli Qasımov, Nazim Suleymanov, Vidadi Qasımov olub.

Milli komandada oynayan 11 nəfərin hər biri Avropa klublarında oynamağa qadirdirlər. Mən yenə deyirəm və inanıram ki, onlar hamısı peşəkar futbolçulardır. Ancaq onlar insan kimi çox zəifdirlər, çox tənbəldirlər. Öz üzərlərində çox işləsələr, Avropa klublarının diqqətini cəlb edə bilərlər. Hər kəs öz üzərində çox çalışsa, çox şeyə nail ola bilər.

Avropada isə "Barselona"ya azarkeşlik edirəm. Futbola görə yox, çünki "Barselona" artıq bir fəlsəfədir. Necə ki, İtaliya, Fransa, İspaniya futbol məktəbləri var, "Barselona" da bizə yeni futbol məktəbi bəxş etdi. "Barselona"lı futbolçular öz sənətlərinə necə hörmət edirlərsə, mən əminəm ki, əgər onlar futbolçu olmasaydılar belə, digər sahələrdə də uğur qazanardılar. Buna görə də mən onlara hörmət edirəm. "Barselona" futbol oynamır. Futbolu bizimkilər oynayır. "Barselona" isə bir fəlsəfədir\".


milli.az

Bütün xəbərlər Facebook səhifəmizdə