"Neftçi" "Turan"la niyə İsmət Qayıbov adına stadionda oynamayacaq?
"Neftçi" PFK Azərbaycan Premyer Liqasının XI turunda "Turan" klubu ilə qarşılaşacaq. Siapsort.az saytı xəbər verir ki, flaqman Tovuz təmsilçisini İsmət Qayıbov adına stadionda deyil, "Dalğa Arena"da qəbul edəcək. Hava şəraitinin qeyri-stabil keçməsi üzündən Bakıxanov qəsəbə stadionunun yeni bərpa olunmuş ot örtüyünün sıradan çıxmaması üçün belə addım atılıb.
Azərbaycan Premyer Liqasının XII turunun "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında noyabrın 6-da keçiriləcək mərkəzi görüş isə İsmət Qayıbov adına stadionda baş tutacaq.
Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək "Neftçi" – "Turan" matçı saat 15:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB