UEFA Azərbaycan yığmasının qrupunda son iki oyunun vaxtını dəyişdirib

UEFA Azərbaycan yığmasının qrupunda son iki oyunun vaxtını dəyişdirib
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə apardığı VII qrupun son iki oyununun vaxtı UEFA tərəfindən dəyişdirilib. Siasport.az saytı xəbər verir ki, oktyabrın 30-da keçiriləcək Azərbaycan – Ukrayna və Xorvatiya – Belçika qarşılaşmaları, əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 18:30-da deyil, saat 18:00-da (Bakı vaxtı ilə) başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə