Təbriz Həsənov: "İmkanlarımızdan aşağı səviyyədə oynadıq"-AÇIQLAMA

Təbriz Həsənov: "İmkanlarımızdan aşağı səviyyədə oynadıq"-AÇIQLAMA
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirilmiş Belçika – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Komandamızın oyunu məni qane etmədi. İmkanlarımızdan aşağı səviyyədə oynadıq. Meydanda lazımi qədər hərəkətli deyildik. Bununla belə, penalti zərbəsi ilə hesabı bərabərləşdirmək şansı qazandıq. Təəssüf ki, bu imkandan yararlana bilmədik. Qrupdakı müqəddəratımıza Ukrayna yığması ilə oyunda aydınlıq gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə