Azərbaycan şahmatçıları Ermənistan komandasını məğlub etdi

Azərbaycan şahmatçıları Ermənistan komandasını məğlub etdi
Yeniyetmələr arasında ümumdünya şahmat olimpiadasının VI turunda Azərbaycan şahmatçıları Ermənistan komandası ilə qaşılaşıblar. Siasport.az saytı xəbər verir ki, Türkiyənin Kocaeli şəhərində keçirilən yarışın VI turunda Azərbaycan zəka sahibləri erməni şahmatçılara 2,5-1,5 hesabı ilə qalib gəliblər.
Bu qələbədən sonra millimiz xallarının sayını 15,5-ə çatdırıb.

Qeyd edək ki, yeniyetmələrimiz yeddinci turda gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə