PFL sponsor axtarışındadır

"NBC Bankla aramızda heç bir narazılıq olmayıb. Ancaq heç kimi məcbur etmək olmaz. Hər kəs öz cibinə görə xərcləməlidir. Yəqin ki, Azərbaycan Kubokunun sponsoru olmağa bankın büdcəsi imkan verməyib". Siasport.az saytı xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. O, Azərbaycan kubokuna yeni sponsor axtarışında olduqlarını qeyd edib. PFL prezidenti sponsor tapılarsa, mövsümün oratsaında da müqavilə imzalana biləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə