Ramin Musayevdən jurnalsitlər üçün 500 AZN hədiyyə

Ramin Musayevdən jurnalsitlər üçün 500 AZN hədiyyə

Unibank idman jurnalistləri arasında keçirdiyi müsabiqənin mükafat fondunu artıracaq. Siasport.az saytı xəbər verir ki, bank rəsmisinin verdiyi məlumata görə, "ayın ən yaxşı futbolçusu"nun seçimində 3 ay ardıcıl yanılmayan jurnalistlər arasında bölüşdürüləcək 1000 (min) AZN növbəti müsabiqədə 1500 (min beş yüz manat) AZN-ə qaldırlacaq.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev isə hər müsabiqədə 500 (beş yüz) AZN də onun tərəfindən veriləcəyini bildirib. Bu isə o deməkdir ki, PFL prezidentinin hədiyyəsindən sonra ilk müsabiqədə 1500 (min beş yüz) AZN, növbəti müsabiqədə isə 2000 (iki min) AZN jurnalistlər arasında bölünəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə