Bu gün Azərbaycan Premyer Liqasında 2011-2012-ci il mövsümündə sentyabr ayının ən yaxşı futbolçusu seçilmiş "Neftçi" klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev mükafatlandırıb. Siasport.az saytı xəbər verir ki, Uniplaza da təşkil olunmuş təbdirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Unibankın idarə heyətinin sədr Faiq Hüseynov iştrak edib.
Futbolçuya PFL rəhbərliyi tərəfindən hədiyyələr və Unibank tərəfindən pul mükafatı təqdim olunub. Qeyd edək ki, sorğuda liqanın 12 peşəkar futbol klubu və 33 KİV nümayəndəsi iştrak edib. Rəşad Abdullayev bu ay jurnalistlər arasında səslərin 30 faizini toplayıb. Futbolçu baş məşqçilər və komandaların mümkün 22 səsindən 4-nü qazanıb.
Qeyd edək ki, Siaspot.az idman portalı da sentyabr ayının ən yaxşı oyunçusu kimi Rəşad Abdullayevi göstərmişdi.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB